Oğurluq etmiş Quba şəhər sakinləri Əli Hüseynzadə və Elman Cəlilov tutulmuşlar
21.06.2014İyunun 22-də Quba şəhərində yaşayan Məryəm Əfəndiyevanın evindən 800 manat və 2 ədəd mobil telefon oğurlanmışdır.
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakinləri Əli Hüseynzadə və Elman Cəlilov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün şəhər sakini Lalə Qarayevanın evindən pəncərədən girmək yolu ilə 24000 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.