Naxçıvan şəhər sakini Vüsal Əliyev, Bakı şəhər sakini Kamil Xıdırov və Abşeron rayon sakini Abdulla Orucov tutulmuşlar
21.06.2014İyunun 22-də Nərimanov rayonu Təbriz küçəsində şəxsiyyəti məlum olmayan 3 nəfər İmişli rayon sakini Müstəqil Həsənovu bıçaqla hədələyib mobil telefonunu almışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Naxçıvan şəhər sakini Vüsal Əliyev, Bakı şəhər sakini Kamil Xıdırov və Abşeron rayon sakini Abdulla Orucov tutulmuşlar.