Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
20.06.2014İyunun 21-də saat 16 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə velosiped sürən qəsəbə sakini Məhəmməd Elbəyzadə vurulmuşdur. M.Elbəyzadə xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətmiş “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Yelena Mikayılova saxlanımışdır.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.