Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Pişnamazzadə ölmüşdür
20.06.2014İyunun 20-də Gəncə şəhərinin ərazisində şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Samir Pişnamazzadəni vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş S.Pişnamazzadə iyunun 21-də Bakı şəhərinə aparılarkən yolda ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.