Oğurluğa görə tutulmuşlar E.Hüseynov, P.Seyidov və Ə.Mirzəyevin digər oğurluq əməlləri də müəyyən edilmişdir
15.06.2014Şamaxı RPŞ məkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Atakişi Musayevə məxsus mağazadan 300 manat, ərzaq məhsulları, tütün məmulatı, geyim və məişət əşyaları oğurlamış Goranboy rayon sakinləri Elçin Hüseynov, Pərvin Seyidov və Bakı şəhər sakini Əli Mirzəyev tutulmuşlar.
E.Hüseynovun və P.Seyidovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Rəşad Alıyevə məxsus mağazadan 45 manat və tütün məmulatı, habelə içərisində 1300 manat olan “Milli ön” aparatını oğurlamaları da müəyyən edilmişdir.