Sumqayıt şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
15.06.2014İyunun 16-da saat 01 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakinləri Misir Mehdiyevin idarə etdiyi “Toyota” və Elşən Mustafayevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur. M.Mehdiyevin sərnişinləri, Sumqayıt şəhər sakinləri Gülşən Mehdiyeva, Minarə Muradova, Şəlalə Məhərrəmova, Vüsalə Mikayılova və onun oğlu Anar xəstəxanaya yerləşdirilmişlər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.