Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mingəçevir şəhər sakini K.Quluzadə mağaza satıcısına qarşı dələduzluq etdiyinə görə saxlanılmış və izahatı alındıqdan sonra buraxılmışdır

13.06.2014

İyunun 14-də Xətai rayonu Babək prospektində yerləşən mağazaya gəlmiş naməlum şəxs orada işləyən Bakı şəhər sakini Səidə Quliyevanı aldadaraq 50 manat dəyərində danışıq kartları alıb şifrələri öz telefonuna yükləmiş, əvəzində isə istifadə edilmiş kartlar vermişdir.

Xətai RPİ 34-cü PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Quluzadə saxlanılmış və izahatı alındıqdan sonra buraxılmışdır.

Faktla əlaqədar cinayət işi başlanılmışdır.

13.06.2014 tarixinə olan kriminal məlumatlar