Xaçmaz şəhərinin Niyazabad kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
13.06.2014İyunun 14-də saat 14 radələrində Xaçmaz şəhərinin Niyazabad kəndinin ərazisində şəhər sakini Ceyhun Quliyevin idarə etdiyi “Chevrolet Niva” və kənd sakini Fərhad Əmrahovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. F.Əmrahovun sərnişinlərindən həmkəndlisi Müqəddəs Tahayev hadisə yerində olmüş, özü və digər sərnişini Sürməxanım Tahayeva xəstəxanaya yerləşdirilmişlər.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.