Oğuz rayon sakini Rəsul Əlibabayev tutulmuşdur
05.06.2014İyunun 5-də Binəqədi rayonu Ə.Naxçıvani küçəsində naməlum şəxs Bakı şəhər sakini Vəfa Kərimovanı bıçaqla hədələyərək üzərindəki qızıl əşyaları, habelə çantasını almağa cəhd göstərmiş, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etmişdir.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Oğuz rayon sakini Rəsul Əlibabayev tutulmuşdur.