Oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun digər cinayət əməlləri də müəyyən edilmişdir
05.06.2014Oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Aygün Məmmədovanın çantasından 2000 manat və sənəd, Naib Hüseynovun cibindən 600 manat, Günay Nuriyevanın çantasından 50 manat və sənəd, Səkinəxanım Tağıyevanın çantasından 35 manat, qızıl əşyalar və sənəd və Sevər Abdullayevanın çantasından 360 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.