Qobustan qəsəbə sakini İlkin Quliyevin yardımçı təsərrüfatdan 3,14 kq heroin aşkar edilərək götürülmüşdür
30.05.2014Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Quliyevin həyətindəki yardımçı təsərrüfatdan 3 kiloqram 140 qram heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitəni ona satmış “Hyundai” markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Ədalət Sadıqov tutulmuş, ondan 5,996 qram, avtomobildən isə 8,909 qram heroin aşkar edilərək götürülmüşdür.