Nərimanov rayonu Z.Bunyadov prospektində yol-nəqliyyat hadisəsi
30.05.2014Mayın 31-də saat 06 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində Bakı şəhər sakinləri Ayəddin Əsgərovun idarə etdiyi “Hitachi” markalı traktorla Şirzad Kərimovun və Ramin Əzizovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuş, Ş.Kərimov idarə etməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Zöhrab Musayevi, Nərminə Musayevanı, İnar Musayevi vurmuşdur.
Nəticədə xəsarət almış sürücü və piyadalar xəstəxanaya yerləşdirilmiş və onlara ilkin tibbi yardım göstərilmişdir.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.