Bakı şəhər sakinləri Aslan Muxtarovdan və Mirabdulla Salayevdən nömrəsi silinmiş odlu silah götürülmüşdür
25.05.2014Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Muxtarovdan nömrəsi silinmiş “AKMS” silahı və 5 ədəd avtomat patronu götürülmüşdür.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mirabdulla Salayevdən nömrəsi silinmiş “Naqan” tipli tapança və 7 ədəd patron götürülmüşdür.