İsmayıllı şəhər sakini Şahin Salmanovdan ov tüfəngi götürülmüşdür
25.05.2014Mayın 26-da saat 01 radələrində İsmayıllı şəhər sakini Şahin Salmanov qonşusu Röyal Dəmirovun həyətinə girmiş və orada itlə rastlaşdığından ov tüfəngindən atəş açaraq iti öldürmüş, səs-küy yarandığından hadisə yerini tərk etmişdir.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan Ş.Salmanov saxlanılmış, ondan ov tüfəngi götürülmüşdür.
Ş.Salmanov izahatında R.Dəmirovu öldürmək niyyətində olmasını bildirmişdir.İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.