Oğurluğa cəhd göstərmiş Xaçmaz rayon sakini Aydan İsmayılova və Sabirabad rayon sakini Aqşin Axundov tutulmuşdur
25.05.2014Mayın 26-da Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Arif Həsənzadəyə məxsus mağazadan 1 ədəd qızıl üzük oğurlamağa cəhd göstərmiş Xaçmaz rayon sakini Aydan İsmayılova və Sabirabad rayon sakini Aqşin Axundov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və araşdırma aparılması üçün Nəsimi RPİ 19-cu PB-yə təhvil verilmişlər.
A.İsmayılovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Nəsibə Əsgərovaya məzsus mobil telefonu oğurlaması da müəyyən edilmişdir.