Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
18.05.2014Mayın 18-də Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisindən Bakı şəhər sakini Habil Əliyevə məxsus “VAZ-21099” markalı avtomobil qaçırılmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən avtomobilin Bakı şəhər sakini Bəxtiyar Həbibov tərəfindən qaçırılması, qəsəbə ərazisində idarə edilərkən Razim İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşması və B.Hüseynovun, R.İbrahimovun və sərnişini Nəsib Yusifovun xəsarət almaları müəyyən edilmişdir.
Onlar xəstəxanaya yerləşdirilmişlər.Xəzər RPİ tərəfindən araşdırma aparılır.