Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən rayonu Ağbaş kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

18.05.2014

Mayın 19-da saat 11 radələrində Siyəzən rayonu Ağbaş kəndinin ərazisində Ukrayna vətəndaşı Andri Marsyukun idarə etdiyi “Renault” markalı və Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. İ.Məmmədovun sərnişinlərindən azyaşlı qızı Əminə hadisə yerində ölmüş, digər sərnişinləri - Bakı şəhər sakinləri Sahib Kazımov, Məlahət Kazımova, Lalə Kərimova, habelə A.Marsyukun sərnişinləri - Ukrayna vətəndaşları Qenyadi Danyuk, İqor Pasenka və Aleksandr Pinçuk xəstəxanaya yerləşdirilmişlər.

Q.Danyukun, İ.Pasenkanın və A.Punçukun vəziyyətləri qənaətbəxş, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

BDYPİ tərəfindən araşdırma aparılır.

18.05.2014 tarixinə olan kriminal məlumatlar