Şəmkir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
17.05.2014Mayın 18-də saat 17 radələrində Şəmkir şəhərinin ərazisində şəhər sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-2106” və Gədəbəy rayon sakini Səxavət Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşmuşdur. Hər 2 sürücü və S.Süleymanovun sərnişini, Gədəbəy rayon sakini Aqilə İsmayılova xəstəxanaya yerləşdirilmişlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.