Abşeron rayonu Qobu qəsəbəsi S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi
17.05.2014Mayın 18-də saat 01 radələrində Abşeron rayonu Qobu qəsəbəsi S.Vurğun küçəsində qəsəbə sakini Rüfət Əzimov idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. R.Əzimov və sərnişini, qəsəbə sakini Elçin Əlicanov xəstəxanaya yerləşdirilmiş, R.Əzimov orada ölmüşdür.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.