Avtomobildən 47000 manat oğurlamış şəxslər tutulmuşlar
17.05.2014Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də Məmmədəli Hüseynova məxsus “Hyundai” markalı avtomobildən 47000 manat oğurlamış Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov, Rəsul Bayramov və Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva tutulmuşlar.