Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır
14.04.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayət faktı qeydə alınmışdır ki, onların da 26-ı "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.