DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
14.04.2007DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Huşyar Şəhram Cavad oğlu 1 kiloqram 463 qram heroini satarkən tutulmuş, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə İran İslam Respublikası vətəndaşı Çəməni Sofiani Səlim Məhəmməd oğlundan 1,5 kiloqram həşiş və 150 qram heroin götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini Namiq Novruzovdan 0,86 qram tiryək, Qaradağ RPİ 10-cu PB əməkdaşları Lökbatan qəsəbə sakinləri Natiq Məmmədovdan 0,531 qram , İslam Novruzovdan isə 0,234 qram heroin, Bərdə RPŞ əməkdaşları şəhər sakini Ədalət Kərimovdan 0,064 qram heroin, Salyan RPŞ əməkdaşları isə rayon sakini İsmayıl Rzayevdən 0,234 qram heroin götürmüşlər.