Quldurluq etdiyinə görə tutulmuş Elnay Əliyevin digər cinayət əməlləri müəyyən edilmişdir
14.05.2014Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Elvin Quliyevin 250 manatını quldurluq yolu ilə alıb hadisə yerindən qaşmış Elnay Əliyev tutulmuşdur. Ondan 0,227 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 10-da Bakı şəhər sakini Elvin Namazova qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.