Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Salyan rayonu Noxudlu kənd sakini Əlimuxtar Sadıqov ölmüşdür
14.05.2014Mayın 8-də Salyan rayonu Noxudlu kəndinin ərazisində kənd sakini Əlimuxtar Sadıqov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Sadıqov mayın 13-də orada ölmüşdür.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.