Bakı şəhər sakini Seymur Aslanov tutulmuşdur
13.05.2014Mayın 12-də Nəsimi rayonu Nizami küçəsində naməlum şəxs Bakı şəhər sakini Anar Hətəmova zor tətbiq edərək mobil telefonunu almışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Seymur Aslanov tutulmuşdur.