Zaqatala rayonu Muxax kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
13.05.2014Mayın 14-də saat 23 radələrində Zaqatala rayonu Muxax kəndinin ərazisində Aşağı Tala kənd sakini Azər İsayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Qax rayon sakini Mahmud Məmmədovun idarə etdiyi “T-40” markalı traktor toqquşmuşdur. M.Məmmədov, habelə A.İsayev və sərnişinləri, həmyerliləri Həmzə Həmzəyev, Museyif Şabanov, Üçüncü Tala kənd sakini Rəşad Mollaçıyev xəstəxanaya yerləşdirilmiş, R.Mollaçıyev orada ölmüşdür.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.