Xaçmaz rayon sakini Zaur Babayevdən narkotik vasitə aşkar edilərək götürülmüşdür
09.05.2014Yasamal RPİ və DİN-in Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Babayevdən 78,335 qram heroin, 1 kiloqram 855 qram tiryək və 110 qram marixuana götürülmüşdür.