Oğurluq etdiklərinə görə tutulmuş Bakı şəhər sakinləri Rizvan Tarverdiyev və Fərid Rəsulovun digər cinayət əməlləri də müəyyən edilmişdir
09.05.2014Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Allahverən Hüseynova məxsus mağazadan 25 manat və tütün məmulatı oğurlamış Bakı şəhər sakinləri Rizvan Tarverdiyev və Fərid Rəsulov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Namiq Mirzəyevə, Ruslan İmanova, Ramil Ağayevə məxsus avtomobillərdən, Əkbər Əliyevə, Gülağa Kazımova, Pərviz İlyasova və Zemfira Əbilovaya məxsus mağazalardan, habelə Arif Rufullayevin evindən pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.