Tərtər rayon sakini T.Pirizadənin əmisinə məxsus quşçuluq sexindən elektrik avadanlıqlarını oğurlaması və borclu olduğu E.Əmiraslanova verməsi müəyyən edilmişdir
08.05.2014Mayın 9-da saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndinin ərazisində “VAZ-2106” markalı avtomobil şübhə doğurduğundan Tərtər RPŞ əməkdaşları tərəfindən saxlanılmış, sürücü, Bərdə şəhər sakini Elgün Əmiraslanov və sərnişinləri, həmyerliləri Emin Qəhramanov, Rabil Süleymanov və Vüsal Abbasov RPŞ-yə gətirilmişlər.
Avtomobilin yük yerində elektrik avadanlıqları aşkar edilmişdir.
Araşdırmalar zamanı mayın 8-də Borsunlu kəndinin ərazisində kənd sakini Tural Pirizadənin əmisi Əfqan Piriyevə məxsus quşçuluq sexindən qeyd edilən elektrik avadanlıqlarını oğurlaması və borclu olduğu 1700 manatın əvəzinə E.Əmiraslanova verməsi müəyyən edilmişdir.Faktla əlaqədar cinayət işi başlanmışdır.