Oğurluq etdiklərinə görə tutulmuş S.Səfərovun və K.Şıxəliyevin digər bir neçə oğurluq faktlarını da törətmələri müəyyən edilmişdir
08.05.2014Oğurluq etdiklərinə görə tutulmuş Sənan Səfərovun və Kamran Şıxəliyevin ətrafında Binəqədi RPİ 7-ci PB və Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların İlkin Atakişiyevə məxsus “Niva” markalı avtomobildən maqnitofon və ehtiyat təkəri, Ceyhun İbrahimova məxsus “Mercedes” markalı avtomobildən 360 manat, 2 ədəd bankomat kartı, geyim və bəzək əşyaları, Əminə Ağayevaya məxsus “Hyundai” markalı avtomobildən 500 manat, mobil telefon, qızıl əşyalar və sənədlər, Maral Salahovaya məxsus “KİA Sportage” markalı avtomobildən 150 manat, İlqar Qasımova məxsus “Mercedes” markalı avtomobildən 1 ədəd fotoaparat, Arzu Səmimiyə məxsus “KİA” markalı avtomobildən 2 ədəd fotoaparat və Valeh Abbasova məxsus “Mercedes” markalı avtomobildən maqnitofon üzlüyü oğurlamaları da müəyyən edilmişdir.