Xətai rayonu Neapol küçəsində yol-nəqliyyat hadisəsi
01.05.2014Mayın 1-də saat 21.30 radələrində Xətai rayonu Neapol küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Səməd Verdiyev vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.