Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şərur rayon sakini Mübariz Quliyev ölmüşdür
01.05.2014Cari ilin aprel ayının 29-da Şərur rayonu Xanlıqlar kəndinin ərazisində rayon sakinləri Sabit Abdullayevin idarə etdiyi “Ford” və Mübariz Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur.
Xəstəxanaya yerləşdirilmiş M.Quliyev mayın 2-də orada ölmüşdür.
Şərur RPŞ tərəfindən araşdırma aparılır.