Salyan rayon sakini G.Ələsgərovdan 1 kiloqramdan artıq tiryək və elektron tərəzi götürülmüşdür
30.04.2014Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marışlı kənd sakini, əvvəllər məhkum olunmuş Gülməmməd Ələsgərovdan 6,644 qram, evinə baxış zamanı isə 1 kiloqram 16,995 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.