Masallı şəhər sakini Y.Şirinovun evindən oğurluq etmiş İ.Əhmədzadə saxlanılmışdır
30.04.2014Cari ilin aprel ayının 14-nə keçən gecə Masallı şəhər sakini Yaşar Şirinovun evindən pəncərədən girmək yolu ilə 300 dollar və 50 manat oğurlamışdır.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini İzzət Əhmədzadə saxlanılmışdır.