Bakı şəhər sakini Müzəffər Paşayevdən narkotik vasitə götürülmüşdür
28.04.2014Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Paşayevdən 16,14 qram, onun Maştağa qəsəbəsindəki evindən 3 kiloqram 60 qram, Albalılıq yaşayış sahəsindəki bağ evindən isə 2 kiloqram 60 qram marixuana aşkar edilərək götürülmüşdür.