Binəqədi rayonu Z.Qəmbərov küçəsində yol-nəqliyyat hadisəsi
28.04.2014Aprelin 28-də saat 13 radələrində Binəqədi rayonu Z.Qəmbərov küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Rəvan Bədəlov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.