Xətai rayonu ərazisində Bakı şəhər sakini O.Kərimova məxsus çay evində yanğın baş vermişdir
27.04.2014Aprelin 28-də saat 20 radələrində Xətai rayonu Mehmandarov küçəsində Bakı şəhər sakini Orxan Kərimova məxsus çay evində təbii qazın sızmasından yanğın baş vermişdir. Nəticədə bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış çay evində işləyən Arzu Hacıyevaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.