Göygöl rayonu Hacıməlik kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
27.04.2014Aprelin 28-də saat 23 radələrində Göygöl rayonu Hacıməlik kəndinin ərazisində Türkiyə vətəndaşı Hasan Ayar İsmət oğlunun idarə etdiyi “DAF” və Murovdağ qəsəbə sakini Rüstəm Xəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Hasan Ayar İsmət oğlu hadisə yerində ölmüşdür.