Sumqayıt şəhəri K.Axundov küçəsində yol-nəqliyyat hadisəsi
10.04.2014Aprelin 11-də saat 11 radələrində Sumqayıt şəhəri K.Axundov küçəsində Saray qəsəbə sakini Məmmədəli Əliyevin idarə etdiyi “VAZ-2107“ və Sumqayıt şəhər sakini Pərviz Salamovun idarə etdiyi “ZiL” markalı avtomobillər toqquşmuş, M.Əliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı beton səddə çırpmışdır.
M.Əliyevin sərnişinlərindən, Saray qəsəbə sakini Faiq Muxtarov hadisə yerində ölmüş, özü və digər sərnişini, Saray qəsəbə sakini Rüfət Novruzov xəstəxanaya yerləşdirilmişdir.