Avtomobil qaçırmış Bakı şəhər sakinləri Amin Xıdırov və Əli Məmmədov tutulmuşlar
10.04.2014Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu RPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Bəxtiyar Həziyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Amin Xıdırov və Əli Məmmədov tutulmuşlar.
Avtomobil A.Xıdırovun Sabunçu qəsəbəsində yaşadığı evin həyətində aşkar edilmişdir.