Avtobil qaçırmaqla məşğul olan dəstə tutulmuşdur
07.04.2014Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq etdiklərinə görə tutulmuş Eldar Balışovun və Rasim Şükürovun aprelin 4-də Anar Səfərova məxsus "VAZ-2104" markalı avtomobili Bakı şəhər sakini Anar Muradi ilə birgə qaçırmaları müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Muradi tutulmuşdur.
E.Balışovun və R.Şükürovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il fevral ayının 25-də Bakı şəhər sakini Namiq Quliyevə məxsus “Niva” markalı avtimobilin ehtiyat təkərini oğurlamaları da müəyyən edilmişdir.