Oğurluq etdiyinə görə tutulmuş Lənkəran şəhər sakini Mehman Məmmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
07.04.2014Qaradağ RPI 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də Lökbatan qəsəbəsinin ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Mənsur Məmmədova məxsus mağazadan 300 manat oğurlamış Lənkəran şəhər sakini Mehman Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Əbdül İsmayılovun mağazasından 3500 manat, habelə cari il fevral-mart ayları ərzində Bakı şəhər sakinləri Ramiz Tağıyevə, Adil İbrahimova, Əbülfət Qasımova və Türkiyə vətəndaşı Yalıç Ərdala məxsus mağazalardan ümumilikdə 400 ABŞ dolları və 5360 manat oğurlaması da müəyyən edilmişdir.