Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Elsevər Tağıyev və Şahin Əliyevin Vladimir Naumovu və Aleksandr Zıkovu məcburi əməyə cəlb etməəri müləyyən olunmuşdur
06.04.2014İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Elsevər Tağıyev və Şahin Əliyev 2007-ci ildən 2014-cü ilin aprel ayınadək olan müddətdə kənd ərazisində olan özlərinə məxsus fermalarda Rusiya Federasiyasının vətəndaşları Vladimir Naumovu və Aleksandr Zıkovu məcburi əməyə cəlb etmişlər.