Avtomobil qaçırmış Bakı şəhər sakinləri Sərxan Hüseynov və Məmməd Məmmədov tutulmuşlar
06.04.2014Aprelin 7-nə keçən gecə Binəqədi rayonu ərazisindən Xıdır Vəliyevə məxsus “VAZ-2103” markalı avtomobil qaçırılmış və Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində idarə edilərkən maneəyə vurulmuşdur.
Avtomobildən düşüb qaçmağa cəhd göstərmiş Bakı şəhər sakinləri Sərxan Hüseynov və Məmməd Məmmədov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşlar.