Qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı qətlə yetirmiş Rəşad Məmmədov könüllü olaraq təslim olmuşdur
06.04.2014Aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğmuş və bıçaqla xəsarət yetirmişdir.
T.Babayeva hadisə yerində ölmüşdür.
R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olmuşdur.Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdir.