Quldurluq etmiş İbrahim Miriyev tutulmuşdur
02.04.2014Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Elmira Məmmədovanın 16000 manatının quldurluq yolu ilə alınmasında iştirak etmiş İbrahim Miriyev Hövsan qəsəbəsindəki evlərdən birində tutulmuşdur.
İ.Miriyevlə birgə yaşayan Emil Hüseynov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Ağayev şübhə doğurduqlarından onlar da saxlanılmışlar.
Mənzilə baxış zamanı 4 ədəd maska, 1 ədəd kəlbətin, 3 cüt əlcək və digər əşyalar aşkar edilərək götürülmüşdür.E.Hüseynovdan 6,75 qram həşiş, R.Ağayevin qeydiyyatda olduğu mənzilə baxış zamanı isə 1 ədəd “Naqan” tipli tapança və 1 ədəd patron götürülmüşdür.