Bakı şəhər sakini Əliyar Əsgərova qarşı quldurluq etmiş şəxslərdən biri saxlanılmışdır
02.04.2014Aprelin 3-nə keçən gecə Nəsimi rayonu Cavadxan küçəsində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakini Əliyar Əsgərovu bıçaqla hədələyərək 300 manatını və mobil telefonunu quldurluq yolu ilə almışdır.
Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin “BMW” markalı avtomobildə hadisə yerindən getmələri müəyyən edilmişdir.
Qeyd edilən avtomobil aprelin 3-də saat 02 radələrində BDYPİ əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunun 24-cü km-də Bakı şəhər sakini Elnur Məmmədov tərəfindən idarə edilərkən saxlanılmış və Nəsimi RPİ-nin əməkdaşlarına təhvil verilmişdir.E.Məmmədovun verdiyi izahat əsasında hadisəni törədənlərdən biri - Şamaxı rayon sakini Saleh Abuzərov tutulmuşdur.
Cinayətin digər iştirakçılarının tutulması üçün tədbirlər görülür.