Oğurluq etmiş Bakı şəhər sakini Сəmaləddin Cəfərov tutulmuşdur
31.03.2014Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mart ayının 28-nə keçən gecə Binəqədi qəsəbə sakini Bahəddin Mirzəyevin evindən 50 manat və qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Сəmaləddin Cəfərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Eynulla Məmişovun, Səriyyə Çobanovanın və İlqar Məlikovun evlərindən tütün məmulatı, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.