Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
31.03.2014Aprelin 1-də saat 08 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində Bakı şəhər sakini Tahir Muradovun idarə etdiyi “Hyundai” və Sumqayıt şəhər sakini Tural Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. T.Hacıyevin sərnişinlərindən Sumqayıt şəhər sakini Zaur Həsənov hadisə yerində ölmüş, özü və digər sərnişinləri Zahir Həsənov, Elnur Əsgərov, habelə T.Muradov xəstəxanaya yerləşdirilmişlər.