Quba rayonu ərazisindən Sumqayıt şəhər sakini N.Qədirova məxsus avtomobili qaçıranın şəxsiyyəti müəyyən edilmişdir
23.03.2014Martın 23-nə keçən gecə Quba rayonu Bağbanlı kəndinin ərazisindən Sumqayıt şəhər sakini Namiq Qədirova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin N.Qədirovun qohumu, Bağbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rahim Mahmudov tərəfindən qaçırılması müəyyən edilmişdir.